İdarə heyəti

Elxan Poladli

Layihə İdarəetmə üzrə mütəxəssisdir.
2013-də George Washington Universitetindən Master of Project Management sertifikatı almışdır.
İnformasiya Telekommunikasiya sahəsində bir neçə layihələri idarə etmişdir.
İSO 27001 İnformasiya Təhlükəsizlik Sisteminin İdarəedilməsi və Auditi üzrə mütəxəssisdir.
Təhlükəsizlik və müdafiə sənayesi üzrə ixtisaslaşan “Megascops” şirkətinin təsisçisidir.
INSECO təşkilatının həmtəsisçisidir.

Vüsal Salmanlı

12 ildən çox İKT təcrübəsinə malik innovativ və peşəkar məsləhətçi, müəllim, rəhbər və idarəçidir. Karyerasının son 8 ilini İnformasiya Təhlükəsizliyi sahəsinə həsr edən Vüsal hal-hazırda təsisçisi olduğu qlobal DEFSCOPE şirkətinin baş icraçı direktorudur, həmçinin ABŞ-ın Sirius Computer Solutions şirkətində Kiber Təhlükəsizlik Xidmətləri üzrə Aparıcı Məsləhətçi olaraq fəaliyyət göstərir. INSECO təşkilatının həmtəsisçisidir.

Çalışdığı müddət ərzində Oracle, Microsoft, Cisco, Check Point, Ericsson, ZTE və digər şirkətlərin beynəlxalq sertifikatlarını əldə etmişdir. İnformasiya Təhlükəsizliyi üzrə dünyanın ən məşhur sertifikatları arasında olan CİSM, CEH, CDPSE və CİSA  sertifikatları ilə təltif edilmişdir.

Vüsal müntəzəm olaraq yerli və beynəlxalq tədbirlərdə, konfranslarda İnformasiya Təhlükəsizliyi üzrə ekspert kimi çıxış edir.  Əlavə olaraq o, beynəlxalq İnformasiya Təhlükəsizliyi Təşkilatı olan ISACA-nın qızıl üzvü və beynəlxalq layihə idarə edilməsi təşkilatı olan PMI-ın üzvüdür. 

Qeyd edək ki, Bakalavr təhsilini 2009-ci ildə Qafqaz Universitetində Kompüter Mühəndisliyi ixtisası üzrə, Magistr təhsilini 2011-ci ildə AzTU İnformasiya Təhlükəsizliyinin Təşkili və İdarə Edilməsi ixtisası üzrə fərqlənmə ilə başa vurmuşdur. Ailəlidir, 2 övladı var.